Aktyor və prodüser Elməddin Cəfərov illərdir birgə layihə təqdim etmədiyi həmkarları ilə yenidən işləyib-işləməyəcəyi barədə danışıb.

Dergi.az xəbər verir ki, sənətçi “Pozan Media”ya müsahibəsində Fərda Xudaverdiyev, Ənvər Abbasov və Ramin Hacıyev kimi həmkarları ilə yenidən eyni layihədə yer alma ehtimalına münasibət bildirib.

“Yenidən onlarla bir layihə edərikmi? Xeyr, heç vaxt! Bu gün üçün elə bir planım yoxdur”, – deyə Cəfərov açıq şəkildə bildirib.

O, böyük və keyfiyyətli layihələrin ciddi maliyyə tələb etdiyini, hazırkı şəraitdə isə belə vəsaiti tapmağın çətin olduğunu söyləyib.

Cəfərov həmçinin vaxtilə komandanın həddindən artıq böyüdüyünü və bunun layihələrin idarə olunmasını çətinləşdirdiyini qeyd edib.

Dergi.az