Məşhur model Emili Ratajkovski The Albies gala-gecəsində geyindiyi şəffaf paltarı ilə diqqət mərkəzinə düşüb.
Dergi.az xəbər verir ki, tədbirdə iştirak edən model, şəffaf paltarı ilə dəvət olunan biznesmenlər və milyarderlərin diqqətini çəkib. Ratajkovski paltarın altından mini tanga geyinib.
Gala-gecə üçün nəzərdə tutulan dress-kod black-tie olsa da, Emili Ratajkovski öz fərqli tərzi ilə seçilib.
Modelin bu cəsarətli seçimi sosial mediada geniş müzakirələrə səbəb olub.
