Böyük Britaniyalı aktrisa Emma Vatson “LACMA Art+Film Gala 2026” xeyriyyə gecəsində qeyri-adi bioplastik libası ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, aktrisa dizayner Karolina Zimbalistin hazırladığı “maye şüşə” effektli bioplastik libasa üstünlük verib. Libas təbii mənşəli, bioloji parçalanan polimer və bitki qliserinindən əl işi üsulu ilə hazırlanıb.
Emma Vatson qırmızı xalçada fotoqraflara poza verməsə də, şəxsi fotosessiyasından görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Xüsusi texnologiya vasitəsilə material təbii ipəyin üzərinə tətbiq edilərək fərqli teksturalı səth yaradılıb.
