Türkiyəli aktrisa Ezgi Asaroğlu uzun müddət sonra yenidən gündəmə gəlib. O, “Leyla ilə Mecnun” serialının ilk Leylası olaraq tanınır.

Dergi.az xəbər verir ki, Ezgi Asaroğlu 1987-ci ildə doğulub və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Antropologiya Bölümünü bitirib. Aktrisa ilk dəfə “Bir Dilim Aşk” serialı ilə ekranlara çıxıb, lakin böyük çıxışını “Leyla ilə Mecnun” serialında Leyla Yılmaz obrazı ilə edib.

Ezgi Asaroğlu “Leyla ilə Mecnun” serialında Ali Atayın canlandırdığı Mecnunun böyük sevgisi Leyla Yılmaz rolunu oynayıb. Lakin serialın ilk dövründə baş verən bədbəxt hadisə səbəbilə layihədən ayrılıb. Səhnə arxasında rol yoldaşı Uşan Çakırın fiziki hücumuna məruz qalan Asaroğlu, bu hadisədən sonra serialdan uzaqlaşıb. Eflatun Film şirkəti Çakırın müqaviləsini ləğv edib və o, ictimaiyyətə üzr istəyib.

Uzun müddət ekranlardan uzaq qalan 39 yaşlı aktrisanın son görüntüləri sosial mediada maraqla qarşılanıb. Ezgi Asaroğlu hələ də “ilk və unudulmaz Leyla” kimi yaddaşlarda qalır.

Leyla ile Mecnun'un ilk Leyla'sı Ezgi Asaroğlu yıllar sonra ortaya çıktı |  Aktüel Haberleri