İstanbulda Notre-Dame de Sion Fransız Liseyi tərəfindən təşkil edilən İstanbul Orchestra’Sion Beynəlxalq Piano Müsabiqəsi dünyanın müxtəlif ölkələrindən peşəkar musiqiçiləri bir araya gətirir.
Dergi.az xəbər verir ki, müsabiqə Türkiyənin gənc musiqiçilərini dünya səhnəsi ilə tanış etmək və beynəlxalq sənət dairələri ilə əlaqələr qurmaq üçün bir platforma rolunu oynayır. Bu tədbir, İstanbulun klassik musiqinin əhəmiyyətli mərkəzlərindən biri kimi mövqeyini gücləndirir.
Yüksək nüfuza malik jüri heyəti və mədəniyyətlər arasında qurulan musiqi əlaqələri ilə müsabiqə, gələcəyin pianistlərini kəşf etməyi və dəstəkləməyi hədəfləyən bir sənət görüşü kimi dəyərləndirilir. Müsabiqənin sənət direktoru Jan-İv Klementdir və jüri üzvləri arasında Ceffroy Kuto, Gülsin Onay, Denis Paskal, Cozef Moog, Juliette Journaux və Toros Can yer alır.
Müsabiqə bir həftə davam edəcək və dörd turdan ibarət olacaq. İlk üç tur Notre-Dame de Sion Fransız Liseyində keçiriləcək. Final gecəsində isə gənc pianistlər Şef Orçun Orçunsel rəhbərliyində Orchestra’Sion ilə çıxış edəcəklər.
Atatürk Mədəniyyət Mərkəzi bu xüsusi final gecəsinə ev sahibliyi edəcək və fərqli ölkələrdən gənc istedadların beynəlxalq musiqi dünyası ilə görüşməsinə şərait yaradacaq. 7-ci İstanbul Orchestra’Sion Beynəlxalq Piano Müsabiqəsinin final gecəsi 15 noyabr saat 20:00-da İstanbul Atatürk Mədəniyyət Mərkəzi Teatr Salonunda keçiriləcək.
