Türkiyənin “Güller ve Günahlar” serialının son bölümündə Zeynep, Serhat və Sonayı eyni otel otağında tutub.
Dergi.az xəbər verir ki, bu hadisə Serhat və Zeynepin münasibətində yeni bir böhranın başlamasına səbəb olub. Zeynep, Serhatla danışmaq üçün otelə gedərkən gözlənilmədən Sonayı orada tapıb.
Serialın bu bölümü Türkiyədə günün ən çox izlənilən proqramlarından biri olub. “Güller ve Günahlar” serialı Tüm Kişiler kateqoriyasında 4.73 izlənmə oranı və 15.35 izlənmə payı əldə edib.
NGM tərəfindən istehsal olunan “Güller ve Günahlar” hər həftəsonu Kanal D-də yayımlanır.
