Məşhur türkiyəli müğənni Gülşen Harbiye Açıkhava səhnəsindəki son konsertində geyimi ilə yenidən diqqət mərkəzində olub.
Dergi.az xəbər verir ki, Gülşen səhnə geyimlərində sərhədləri zorlayan tərzi ilə tanınır və bu dəfə də tüy detalları ilə bəzədilmiş yarım şalvar kombini ilə çıxış edib. Konsert boyunca geyimi gecənin ən çox müzakirə olunan detallarından biri olub.
Gülşen, Harbiyedəki konsertində bu dəfə klassik səhnə kostyumlarından uzaqlaşmağı seçib. Onun yarım şalvar formundakı kombini xüsusilə alt hissəsindəki həcmli görünüşü ilə diqqət çəkib.
Kostyumun fərqli hissələrində istifadə olunan tüy detallar müğənninin səhnədəki hərəkətləri ilə daha da diqqətçəkici görünüş yaradıb.
Harbiye kimi böyük bir səhnədə seçilən bu iddialı görünüş Gülşenin özünəməxsus tərzini bir daha ortaya qoyub.
