Amerikalı aktrisa Gvinet Peltrou 54-cü doğum gününü yeni fotolarla qeyd edib.

Dergi.az xəbər verir ki, aktrisa sosial media hesabında cazibədar fotolarını paylaşaraq yaşını qeyd edib. Peltrou, müxtəlif obrazlarda çəkilmiş şəkilləri ilə izləyicilərini sevindirib.

Fotoların yayılması ilə yanaşı, aktrisanın pərəstişkarları onun yaşına baxmayaraq gənc görünüşünü tərifləyiblər.

Gvinet Peltrou, həmçinin sağlam həyat tərzini və özünəxas stilini qorumağa davam edir.