Amerikalı məşhur Paris Hilton qızı Londonun 3-cü doğum günü münasibətilə ona səmimi sözlər ünvanlayıb.
Dergi.az xəbər verir ki, Hilton qızı ilə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşaraq hər zaman bir qız övladının olmasını arzuladığını etiraf edib. O, Londonun dünyaya gəlməsinin həyatını tamamilə dəyişdiyini bildirib.
“Ad günün mübarək, mənim gözəl balaca Londonum! Özümü dərk etdiyim gündən London adlı bir qızımın olmasını arzulayırdım. Lakin sən təsəvvür edə biləcəyimdən də möhtəşəmsən. Artıq sənsiz həyatımı təsəvvür edə bilmirəm” deyə Paris Hilton paylaşımında yazıb.
