Britaniyalı “Clarkson’s Farm” ulduzu Harriet Cowan sevgilisi Ceyms Butdan ayrıldığını açıqlayıb.
Dergi.az xəbər verir ki, “Daily Mail”ə əsasən, Amazon Prime serialının 4-cü mövsümündə yer alan Cowan, ayrılıq xəbərini TikTok-da bir izləyicisinə şərh edərək təsdiqləyib.
Harriet Cowan, “Əslində biz ayrı yollarla getməyə qərar verdik, buna görə də bu yeni fəsilə təkbaşına başlayıram!” – deyə bildirib.
O, avqust ayında Derbişirdə öz fermasını aldığını və bunun uzun müddətdir arzusunda olduğunu qeyd edib.
Harriet Cowan, tibb bacısı karyerasını tərk edərək tam zamanlı fermerliyə başlayacaq.
