Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində futbolçu Hasan Şaş və idman şərhçisi Yağız Sabuncuoğlunun test nəticələri açıqlanıb.
Dergi.az xəbər verir ki, Hasan Şaşın narkotik testi müsbət, Yağız Sabuncuoğlunun nəticəsi isə mənfi çıxıb.
Məlumata görə, Şaşdan götürülən qan və sidik nümunələrində kokain, saç nümunəsində isə kodein və kokain aşkarlandığı bildirilib.
Qeyd edək ki, İstanbulun Bakırköy Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 18 nəfər barəsində saxlanılma qərarı verilib.
Əməliyyat zamanı aktyorlar Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya, Melisa Şenolsun, Afra Saraçoğlu, müğənni Sefo, Hande Demir, Hasan Şaş, Melis İşiten, Yağız Sabuncuoğlu, Yeliz Yeşilçimen, Aydan Osmanlı, Anıl Durmuş, Muhammet Kahyaoğlu, Aytaç Kart, Sayat Zurnacı, Eyüpcan Pırlanta və Rıfat Atlı saxlanılıb.
