Türkiyəli aktrisa Hazar Ergüçlü “Medcezir” serialı ilə bağlı açıqlama verib.

Dergi.az xəbər verir ki, aktrisa Bebekdə bir məkandan çıxarkən jurnalistlərin suallarını cavablandırıb. Ergüçlü, 2013-2015-ci illərdə yayımlanan və böyük maraq doğuran “Medcezir” serialında canlandırdığı Eylül obrazını və o dövrü həsrətlə xatırladığını bildirib.

“Medcezir” serialının dostluqlarının və iş mühitinin unudulmaz olduğunu vurğulayan Ergüçlü, “Bu serialı necə xatırlamaya bilərik? O dövr mənim üçün həyatımın unudulmazlarından biridir” deyə qeyd edib.

Aktrisa həmçinin Taner Ölmez tərəfindən gündəmə gətirilən “yenidən bir araya gəlmə” fikrinə də müsbət yanaşdığını bildirib. O, Serenay Sarıkaya, Çağatay Ulusoy və Taner Ölmez başda olmaqla bütün ekiplə yenidən işləmək istədiyini vurğulayıb.

Ergüçlünün bu açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub və “Medcezir” serialının yenidən bir araya gəlməsi üçün çağırışlar edilib.