Türkiyəli aktrisa İnci Türkay “Sihirli Annem” serialındakı rol yoldaşı Gül Onatı xəstəxanada ziyarət edib.
Dergi.az xəbər verir ki, pankreas xərçəngi ilə mübarizə aparan Gül Onatla İnci Türkay illər sonra xəstəxana otağında görüşüb. Türkay, Onata mənəvi dəstək verib.
İnci Türkay “Sihirli Annem” serialında Betüş obrazını canlandırıb, Gül Onat isə Perihan Teyzə rolunda tanınıb. Onların birlikdə çəkilən fotoşəkili serialın izləyicilərində nostalji hissi yaradıb.
Gül Onat İnci Türkay ilə çəkilən fotoşəkili sosial media hesabında paylaşıb. O, paylaşımında Türkaya sevgisini ifadə edərək, ziyarətindən məmnun qaldığını bildirib.
Pankreas xərçəngi ilə mübarizə aparan Gül Onatın xəstəxanadakı müalicəsi davam edir.
