Şotlandiyalı aktyor Ceyms Makavoy 10 il əvvəl çəkildiyi “Split” filmindən hələ də gəlir əldə etdiyini açıqlayıb.
Dergi.az xəbər verir ki, aktyor “Split” filminin çəkilişlərindən sonra aldığı teliflərin davam etdiyini və bu gəlirin filmin rejissoru M. Nayt Şyamalanın zəka dolu işinə borclu olduğunu bildirib.
Makavoy, filmin təxminən 6 milyon dollara başa gəldiyini, lakin tanıtım üçün 30 milyon dollar xərcləndiyini və ilk həftəsonunda 40 milyon dollarlıq gəlir əldə edildiyini vurğulayıb.
Aktyor, “Wanted” filmindən isə gözlənildiyi qədər yüksək məbləğdə telif almadığını qeyd edib.
Makavoy, filmin uğurunu qeyd edərək, özünü bir külçə qızıl alaraq mükafatlandırdığını da əlavə edib.
