Məşhur amerikalı reper Kardi B oğlu Qrey Marsian Diqqsin ilk doğum gününü xüsusi məclislə qeyd edib.

Dergi.az xəbər verir ki, məclis “Grey’s Anatomy” serialı mövzusunda təşkil olunub. Reper oğlunun adının Qrey Marsian Diqqs olmasına işarə edərək “Grey M.D.” zarafatı ilə diqqət çəkib.

Kardi B doğum günü münasibətilə sosial media hesabında paylaşım edərək oğlunun adını açıqlayıb və onun ilk fotolarını izləyiciləri ilə bölüşüb.