Türkiyəli iş adamı Kaya Çilingiroğlu, sevgilisi Aslım Kanın 37-ci doğum gününü qeyd etdiyi gecədə onu tək buraxmayıb.

Dergi.az xəbər verir ki, İstanbulda keçirilən doğum günü mərasiminə qatılan Çilingiroğlunun Kan ilə birlikdə çəkilən fotoları və gecə üçün hazırlanan xüsusi tort diqqət çəkib.

Doğum günü gecəsinin ən diqqətçəkən detallarından biri Aslım Kan üçün hazırlanan tort olub. Tortun üzərindəki şamların arasında Kaya Çilingiroğlu ilə Aslım Kanın birlikdə çəkilmiş fotoları yerləşdirilib.

Kaya Çilingiroğlu ilə Aslım Kan arasında 26 yaş fərqi daha əvvəl də magazin gündəminə çıxmışdı. Cütlük yay aylarında Çeşmədə birlikdə görüntülənmişdi.