Hollivudun tanınmış aktyorlarından olan Kevin Costner şəxsi həyatı ilə yenidən magazin dünyasının diqqət mərkəzindədir. 71 yaşlı aktyor özündən 32 yaş kiçik həyat tərzi influenseri McKenna Wesley ilə bir yerdə görüntülənib. Cütlüyün bir müddətdir yaxın olduğu iddiaları təkrar gündəmə gəlir və birlikdə görünmələri “Yeni bir eşq doğurmu?” suallarını ortaya çıxarır.

Dergi.az xəbər verir ki, Costner ilə 39 yaşlı Wesley’nin təxminən bir ildir bir-birini tanıdığı və yaxın münasibət içində olduğu irəli sürülür. Lakin indiyədək cütlük münasibətlərinin səviyyəsi haqqında hər hansı bir açıqlama verməyib.

Amerika mətbuatında yer alan xəbərlərə görə, Costner və Wesley təxminən bir il əvvəl Arizona’nın Scottsdale şəhərində tanış olmuşlar. İlk dəfə 2025-ci ilin oktyabrında Costner’ın “Field of Dreams” filminin nümayişi zamanı birlikdə görüntülənmişdilər.

İkilinin ortaq maraqlarından biri isə qolf sevgisidir. Costner və Wesley keçən avqust ayında da Kaliforniya’dakı Santa Barbara’da birlikdə nahar edərkən kameralara tuş gəliblər.

Wesley sosial mediada “The Bubbly Blonde” adı ilə tanınır və moda, gözəllik və səyahət mövzularında məzmunlar paylaşır. Onun Instagram’da 400 mindən çox izləyicisi var. Wesley’nin Costner’ın Santa Barbara və Aspen’dəki evlərinə dəfələrlə qonaq olduğu iddia edilir. İkilinin arasındakı 32 illik yaş fərqi isə fotolardan sonra ən çox danışılan detallardan biri olub.

Lakin Costner və Wesley tərəfindən “Sevgiliyik” şəklində rəsmi bir açıqlama gəlməyib. Wesley’nin nümayəndəsi də bu mövzuda şərh verməyi seçməyib.