Türkiyəli aktrisa Meryem Üzerli, İstanbulda yerləşən Çırağan Sarayında qaldığı oteldə maraqlı bir hadisə ilə üzləşib. Yan otaqdan ‘Muhteşem Yüzyıl’ serialının səslərini eşidən Üzerli, otağın qapısını döyərək izləyiciyə unudulmaz bir sürpriz edib.

Dergi.az xəbər verir ki, Meryem Üzerli, illər əvvəl baş rolunda oynadığı ‘Muhteşem Yüzyıl’ serialı ilə əlaqədar maraqlı bir təsadüfə şahid olub. Aktrisa, yan otaqda serialın izlənildiyini anlayaraq, qapını döyüb və izləyicini təəccübləndirib.

Qapını açan izləyici, qarşısında Hürrem Sultan obrazını canlandıran Meryem Üzerlini görüb və böyük bir təəccüb yaşayıb. Bu gözlənilməz qarşılaşma maraqlı görüntülərə səbəb olub.

2011-ci ildə yayımlanan ‘Muhteşem Yüzyıl’ serialında Hürrem Sultan obrazını canlandıran Üzerli, performansı ilə serialın ən çox danışılan simalarından biri olmuşdu. Aradan illər keçməsinə baxmayaraq, serialın hələ də izlənilməsi Üzerlinin təsadüfən yaşadığı bu hadisə ilə bir daha təsdiqlənib.