Türkiyəli aktrisa Mina Demirtaşın baş rolda çəkildiyi “Yörük Kızı” serialının çəkilişləri dayandırılıb.
Dergi.az xəbər verir ki, TRT1 kanalında yayımlanması planlaşdırılan serialın çəkilişləri 11 noyabrda başlamalı idi. Lakin son məlumatlara əsasən, layihənin bütün işləri reklam böhranı səbəbindən dayandırılıb.
Serialın heyətində Mina Demirtaşla yanaşı, Onur Seyit Yaran, Perihan Savaş, Olgun Şimşek, Uğur Aslan və Cem Bender kimi məşhurlar yer alır. Serialın kostyum və oxu məşqləri artıq başlamışdı.
Reklam böhranı səbəbindən kanal ilə yeni danışıqlar aparılır və serialın büdcəsi yenidən tənzimlənəcək. Razılıq əldə olunarsa, serialın çəkilişlərinə yenidən başlanacaq.
