Aktyor Elməddin Cəfərov “Bacanaqlar” serialının məşhur olduğu illərdə başına gələn ən qəribə hadisələrdən birini danışıb.

Dergi.az xəbər verir ki, sənətçi “Pozan Media”ya müsahibəsində yas məclisində yaşadığı hadisəni xatırlayıb.

Cəfərovun sözlərinə görə, məclisi idarə edən molla dini kəlamlar söyləyərkən qəfildən onunla göz-gözə gəlib və gülümsəməyə başlayıb.

“Vəziyyəti yumşaltmaq üçün salam verdim, bu dəfə adamı tamamilə gülmək tutdu. Bütün gözlər bizə tərəf çevrildi. Gördüm ki, məclis lağlağıya dönəcək, məcbur olub sakitcə durub yas yerindən uzaqlaşdım”, – deyə aktyor bildirib.

Sənətçi həmin vaxt serialın populyarlığının gündəlik həyatında belə maraqlı və bəzən narahat vəziyyətlər yaratdığını söyləyib.

Dergi.az