Böyük Britaniyalı aktrisa Naomi Watts Milan Moda Həftəsi çərçivəsində Gucci-nin məşhur ziyafətinə satendən hazırlanmış dəbli kostyumla qatılıb.

Dergi.az xəbər verir ki, 57 yaşlı aktrisa Dal Bolognese restoranında keçirilən tədbirdə diqqət mərkəzində olub. Onunla birlikdə Mick Caggerin keçmiş həyat yoldaşı, 81 yaşlı Bianca Jagger də iştirak edib. Bianca krem rəngli mini kostyum və parlaq aksesuarlarla tədbirə qatılıb.

Tədbirdə Romeo Bekhem də qara geyimi ilə diqqət çəkib. Gün ərzində podiumda isə Rosie Huntington-Whiteley və Candice Swanepoel kimi məşhurlar yer alıb.

Milan Moda Həftəsi bazar ertəsi, 28 sentyabrda başa çatacaq. Emporio Armani və Bottega Veneta kimi dizaynerlər hələ də Bahar/Yay 2027 kolleksiyalarını təqdim etməlidir.