Aktyor və rejissor Elməddin Cəfərov aktyorluq təhsili olmadan serial və filmlərdə rol alan sosial media fenomenləri barədə sərt fikirlər səsləndirib.

Dergi.az xəbər verir ki, sənətçi “Pozan Media”nın “YouTube” layihəsində bu mövzu ilə bağlı sualı cavablandırarkən bəzi fenomenlərin yalnız izləyici sayına görə sənət aləmində yer tutduğunu bildirib.

“Açıq deyirəm, içlərində istedadlı olanlar var. Amma elələri də var ki, onlar bu sənətə tamamilə yamaqdırlar! İstedad sıfırdır, necəsə izləyici yığıb gəlib orada yer zəbt edirlər”, – deyə Cəfərov bildirib.

Aktyor konkret ad çəkmək istəmədiyini vurğulayıb.

“Qeybətə girməmək üçün ad çəkmirəm, amma onlar aktyorluq sahəsində lüzumsuz yer tutur”, – deyə sənətçi əlavə edib.

Dergi.az