“Oryol i Reşka” verilişinin tanınmış aparıcısı Mariya İvakova üçüncü dəfə nikah masasına oturub.
Dergi.az xəbər verir ki, 40 yaşlı aparıcı biznesmen Kirill Qurbanovla Tbilisidə ailə qurub. Cütlüyün toy mərasimi bir neçə gün öncə Gürcüstanın paytaxtında baş tutub.
Mariya və Kirill münasibətlərini uzun müddət mediadan gizli saxlayıblar. Onlar sevgili olduqlarını yalnız 2026-cı ilin əvvəlində açıqlayıblar. Apreldə isə Qurbanov İvakovaya evlilik təklifi edib.
Qeyd edək ki, bu, aparıcının üçüncü evliliyidir. Mariya İvakova daha əvvəl biznesmen Ernest Rudyakla ailəli olub. Boşandıqdan sonra isə adını açıqlamadığı şəxslə gizli nikah bağlayıb.
İvakovanın aktyor Nikita Yefremovla da uzunmüddətli münasibəti olub. Cütlük 2021-ci ildə ayrılıb.



