Aktyor Elməddin Cəfərov “Bacanaqlar” serialında canlandırdığı “Taleh” obrazının onun üçün necə ağır və uzunmüddətli bir xarakterə çevrildiyini danışıb.

Dergi.az xəbər verir ki, Cəfərov “Pozan Media”ya müsahibəsində çəkiliş zamanı obrazla tamamilə “birləşdiyini” söyləyib.

“Rejissordan “motor” əmri gələn kimi mən artıq Elməddin olmurdum, tamamilə Talehə çevrilirdim. 10 il bu rolla yaşadım. Yalnız “stop” deyiləndə ayıla bilirdim”, – deyə aktyor bildirib.

Cəfərov daha sonra efirdə özünü izləyərkən obrazın yaratdığı təəssüratdan təəccübləndiyini deyib.

“Sonra efirdən özümə baxanda dəhşətə gəlirdim ki, bu necə hisssiz, problemli və fırıldaqçı bir obrazdır”, – deyə sənətçi etiraf edib.

Dergi.az