Türkiyəli aktrisa Pınar Deniz və aktyor Kaan Yıldırımın oğlu Fikret Hakan sosial mediada paylaşdıqları son foto ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, məşhur cütlüyün oğlu Fiko, atası ilə birlikdə market alış-verişi zamanı çəkilən şəkli ilə sosial mediada maraq doğurub. Fiko market arabasında oturaraq ətrafı maraqla izləyib.
Pınar Deniz və Kaan Yıldırım 2024-cü ilin sentyabrında Romada sadə bir nikahla evlənib və 2025-ci ilin aprelində oğulları Fikret Hakanı dünyaya gətirib.
Bu şəkil sosial mediada qısa müddətdə viral olub və minlərlə bəyənmə toplayıb. Cütlük nadir hallarda oğullarının şəkillərini paylaşsa da, hər dəfə böyük maraqla qarşılanır.


