Maksim Qalkin və Svetlana Loboda Romada ukraynalı kriptotreyderin dəbdəbəli toy məclisində çıxış ediblər.

Dergi.az xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 23-də açıq havada – tarixi “Villa Miani”də baş tutan məclisin aparıcısı 50 yaşlı Qalkin olub. Toydan kadrları dəvət olunmuş qonaqlar və aparıcının özü sosial şəbəkələrdə paylaşıb.

Məlumata görə, toyun proqramında Qalkinin Donbasla bağlı çıxışları, alkoqollu içki yarışmaları və Ukrayna dilində ifaları yer alıb. 43 yaşlı Svetlana Loboda və “Quest Pistols Show” qrupu isə qonaqlar üçün rus dilində mahnılar səsləndiriblər.

Məşhurların bu toy üçün aldıqları qonorarlar xüsusi diqqət çəkib. İddialara görə, aparıcı və müğənni kimi çıxış edən Qalkin 150 min avro, Loboda 200 min avro, “Quest Pistols” isə 20 min avro qazanıb.

Bildirilir ki, villanın icarəsi bəy və gəlinə təxminən 30 min dollara (2,9 milyon rubl), canlı çiçəklərlə dekorasiya, musiqi və foto xidmətləri isə əlavə olaraq 150 min dollara (15 milyon rubl) başa gəlib. Məclisdə qonaqlar arasında tanınmış ukraynalı bloqerlər də iştirak ediblər.