Müğənni Madonna Los-Ancelesdə aktrisa Ancelina Coliyə məxsus malikanənin yeni sahibi olub.
Dergi.az xəbər verir ki, sövdələşmə 24,75 milyon dollara başa gəlib. Coli evi sentyabrın sonunda məhz bu qiymətə satıb.
Madonnanın malikanəyə marağı isə hələ avqust ayında başlayıb. Müğənninin nümayəndələri daşınmaz əmlak agentləri ilə əlaqə saxlayaraq onun üçün evə özəl video-tur təşkil etdirib.
Həmin vaxt Los-Ancelesdə olmayan Madonna malikanəyə məsafədən, onlayn şəkildə baxıb.
Nəticədə müğənni milyonlarla dollar ödəyərək Ancelina Colinin keçmiş evinin yeni sahibi olub.
Dergi.az
