Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandal və onun atası Cihan Sütşurupun əmlaklarına həbs qoyulduğu bildirilir.
Dergi.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində hər iki şəxs barəsində axtarış qərarı çıxarılıb.
İddialara görə, Melis Sütşurup Sandal 1 iyul–16 sentyabr 2026-cı il tarixləri arasında ləğv edilməsi qərara alınan fondlardan ümumilikdə 11 milyard 126 milyon 528 min 163 lirə, yəni təxminən 390 milyon manat çıxarıb.
Məlumata görə, Mustafa Sandalın həyat yoldaşının hazırda Dubaya qaçdığı iddia edilir.
Araşdırmanın detalları və sözügedən vəsaitlərin necə çıxarıldığı ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.
