Türkiyəli aktrisa Rabia Soytürk Bebekdə jurnalistlərin kameralarına tuş gəlib.
Dergi.az xəbər verir ki, aktrisa sahildə bir kişi dostu ilə gəzərkən mətbuat nümayəndələrini qarşısında görüb və təəccüblənib. Kameraların ona yönəldiyini görən Soytürk, yanındakı şəxsdən uzaqlaşaraq sürətlə addımlarını atıb.
Aktrisa qara idman geyimi və gün eynəyi ilə diqqət çəkib. O, telefonla danışaraq irəliləyərkən jurnalistləri gördükdə yanındakı kişi dostu ilə arasındakı məsafəni artırıb və dialoqu kəsib. İkilinin yaşadığı panik anlar kameralar tərəfindən qeydə alınıb.
Soytürk, mətbuatın suallarını cavabsız qoyaraq sürətlə qarşıdakı avtomobilinə doğru gedib və oradan uzaqlaşıb. Yanındakı dostu isə kameraların diqqətindən qaçmaq üçün əks istiqamətə gedərək izini itirib.
Rabia Soytürk “Duy Beni” və “Veda Mektubu” kimi seriallarla tanınıb və geniş bir izləyici kütləsi qazanıb. O, şəxsi həyatında sakitliyi və gözlərdən uzaq qalmağı üstün tutur.
