Azərbaycan kinosunun ən çox müzakirə olunan komediya filmlərindən biri olan “Xoxan”ın illər əvvəlki kassa uğuru ilə bağlı maraqlı rəqəmlər açıqlanıb.
Dergi.az xəbər verir ki, Elməddin Cəfərov “Pozan Media”ya müsahibəsində filmin Türkiyənin məşhur “Rəcəb İvedik” seriyasını geridə qoyduğunu bildirib.
Aktyorun sözlərinə görə, həmin vaxt “Rəcəb İvedik” Azərbaycanda 35 min bilet sataraq böyük rekord müəyyənləşdiribmiş.
“Bizim yeganə hədəfimiz heç olmasa 15-20 min bilet satıb o göstəriciyə yaxınlaşmaq idi. Film nümayiş olunandan sonra tam 139 min bilet satıldı! Özümüz də şoka düşmüşdük, kinoteatr sistemində möcüzə baş vermişdi”, – deyə Cəfərov bildirib.
Beləliklə, komediya filmi gözlənilən nəticəni dəfələrlə üstələyərək 139 min bilet satışı ilə böyük uğur qazanıb.
Dergi.az
