Rusiyalı aparıcı Regina Todorenko MGİMO və Britaniya Ali Dizayn Məktəbinin tələbəsi olub.
Dergi.az xəbər verir ki, Todorenko uşaqlıq arzusunu gerçəkləşdirdiyini bildirib. O, oktyabrdan etibarən “Strateji marketinq və menecment” üzrə MBA proqramında təhsil alacaq.
Aparıcı sosial media hesabında bu qərarın onun üçün nə qədər vacib olduğunu vurğulayıb. O, təhsil almaq üçün müxtəlif ölkələrdə olmaq arzusunu ifadə edib.
Regina Todorenko tez-tez qalmaqallarla gündəmə gəlir. 2020-ci ildə onun ailə zorakılığı ilə bağlı açıqlamaları böyük tənqidlərə səbəb olmuşdu.
Regina Todorenko 2018-ci ildən bəri keçmiş Smash!! qrupunun solisti Vlad Topalovla evlidir. O, iki il əvvəl Rusiya vətəndaşlığı alıb.
