İngiltərəli məşhur müğənni Rod Stewart 60 illik karyerasının ardından səhnədən təqaüdə çıxacağını açıqlayıb. 81 yaşlı müğənni “Vida zamanı gəldi” deyərək son turnesinin tarixlərini elan edib.
Dergi.az xəbər verir ki, ötən ay ürək əməliyyatı keçirən Stewart, ABŞ turnesinin qalan hissəsini ləğv etmək məcburiyyətində qalmışdı.
Stewart bu gün verdiyi açıqlamada, İngiltərə və Avropanı əhatə edən son turnesinə çıxacağını bildirib. “Final Encore” adlı turne gələn il apreldə İrlandiyada başlayacaq və 24 iyulda Almaniyadakı son konserti ilə yekunlaşacaq.
Yayımladığı videoda Stewart, “Uzun düşüncələr və kədərlərdən sonra, gələn ilin sonsuza qədər son turnem olacağını elan etməliyəm. Bu, son rock and roll turnem olacaq. Buna görə mənə verdiyiniz hər şey üçün təşəkkür etmək istəyirəm və ümid edirəm ki, mən də sizə qarşılığında bir şeylər verə bilmişəm” deyə bildirib.
Daha sonra etdiyi açıqlamada, “Əziz dostlarım, turne həyatına vida etmə vaxtı gəldi. 60 ildən artıq bir müddətin ardından, Final Encore mütləq son turnem olacaq” deyə əlavə edib.
1980-ci illərdəki “What Is Love?” və “Like To Get To Know You Well” kimi hit mahnıları ilə tanınan Howard Jones, İngiltərə və İrlandiya konsertlərində Stewartın ön sənətçisi kimi çıxış edəcək.
