Amerikalı aktrisa Scarlett Johanssonun dəriyə qulluq brendi “The Outset” fəaliyyətini dayandırır.

Dergi.az xəbər verir ki, brendin rəsmi saytında yayımlanan açıqlamada “The Outset”in fəaliyyətini dayandırmaq qərarına gəldiyi bildirilib. Açıqlamada brendin istifadəçilərinə və dəstəkçilərinə təşəkkür edilib.

Qeyd edək ki, Scarlett Johansson 2022-ci ildə Keyt Foster ilə birlikdə “The Outset” brendini yaratmışdı.