Türkiyəli müğənni Sərdar Ortaç qumar asılılığı səbəbindən milyonlarını və əmlaklarını itirib.
Dergi.az xəbər verir ki, Sərdar Ortaç 1990-cı illərdə Türkiyə pop musiqisinin zirvəsinə yüksəlib, lakin qumar asılılığı onun karyerasına və şəxsi həyatına ciddi ziyan vurub.
Müğənni illər ərzində internet üzərindən qumar oynamağa davam edərək böyük sərvətini itirib. Sağlamlıq problemləri və uğursuz nikahı da onun həyatını mürəkkəbləşdirib.
Sərdar Ortaç keçmişinə nəzər salaraq qumar asılılığının həyatına ciddi zərər vurduğunu və bundan böyük peşmanlıq duyduğunu etiraf edir.
