Türkiyəli aktrisa Serenay Sarıkaya Parisdə Disneyland əyləncə parkında görüntülənib.

Dergi.az xəbər verir ki, məşhur aktrisa təşkilat öncəsi Parisin məşhur əyləncə məkanlarından biri olan Disneylandı ziyarət edib. Serenay Sarıkaya parkda çəkilmiş rəngarəng fotolarını sosial media hesabında paylaşıb.

Fotolarda aktrisanın əyləncəli və rəngli anları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Serenay Sarıkaya Parisdəki səfərindən zövq aldığını bildirib.