Rusiyalı reper Timatinin anası, 67 yaşlı Simona Yunusova nəvələri haqqında şəxsi bloqunda paylaşım edib.
Dergi.az xəbər verir ki, Yunusova doğum günündə nəvələri Alisa, Ratmir və Emma üçün arzularını dilə gətirib. O, Alisanın “keçid yaşının” asan keçməsini, Ratmirin isə daha sakit olmasını arzulayıb. Emmanın isə hələ ki, “şirin və gülərüz” olduğunu qeyd edib.
Simona Yunusova özünə “cadugər gəncliyi”, səbir, gözəllik və sağlamlıq arzulayıb. O, yaşını izləməyi çoxdan dayandırdığını bildirib.
Yunusova sosial şəbəkələrdə nəvələrinin tərbiyəsi ilə bağlı təcrübələrini bölüşür və bəzən oğlunun şəxsi həyatına müdaxilə etdiyi üçün tənqid olunur.
