Rusiyalı model Alyona Şişkova sosial mediada paylaşdığı yeni fotolarla tanınmaz hala gəldiyi iddiaları ilə gündəmə gəlib.

Dergi.az xəbər verir ki, 33 yaşlı model, uzun illər anoreksiya ilə mübarizə aparan Şişkova, Instagram hesabında yaydığı şəkillərdə kepka və buruq saçlarla poz verib. Şəkillərdən sonra izləyicilər onun görünüşünü “tanınmaz” adlandırıblar.

İzləyicilər arasında “2014-2017-ci illərin Alyonasını geri qaytarmaq mümkün deyilmi?”, “Bu qız nə ilə məşğuldur? Özünü geri qaytarsın!”, “Timatidən sonra kim onu gözə gətirdi?” kimi şərhlər yazılıb.

Bəzi izləyicilər isə Şişkovanın keçmişdə özünü qəbul etmə problemlərini nəzərə alaraq, bu cür müzakirələrə son qoyulmasını istəyiblər.

Alyona Şişkova “Miss Rusiya – 2012” yarışmasının ikinci vitse-missidir və keçmişdə anoreksiya və bulimiya ilə mübarizə aparıb. O, reper Timatinin keçmiş sevgilisi və 12 yaşlı qızı Alisanın anasıdır.