Amerikalı aktrisa Sophie Thatcher və aktyor David Dastmalchianın rol aldığı Stephen King əsasında çəkilən “The Boogeyman” filmi artıq Netflix platformasında yayımlanıb.

Dergi.az xəbər verir ki, 2023-cü ildə Rob Savage tərəfindən çəkilən film, anasının qəfil ölümündən sonra atasının dəstəyi ilə həyata davam etməyə çalışan Sadie Harper və kiçik bacısı Sawyerin hekayəsini izləyir. Hadisələrə Lester Billingsin Harper ailəsinin evinə psixiatriya yardımı üçün gəlməsi ilə başlanır.

David Dastmalchian, Marvel-in “Ant-Man”, Christopher Nolan-ın “The Dark Knight” və DC-nin “The Suicide Squad” filmlərindəki rolları ilə tanınır. Sophie Thatcher isə “Yellowjackets” serialında Natalie Scatorccio obrazı ilə məşhurlaşıb.

Film əvvəlcə Hulu üçün nəzərdə tutulmuşdu, lakin uğurlu test nümayişləri sayəsində 2023-cü ilin iyununda kinoteatrlarda nümayiş olundu və dünya üzrə 67 milyon dollar gəlir əldə etdi.

“The Boogeyman” Stephen King-in 1973-cü ildə yazdığı eyni adlı qısa hekayəsinə əsaslanır. Filmdə əsas diqqət Harper ailəsinin yaşadığı qorxuya yönəlib.