Rusiyalı müğənni Dmitri Malikovun qızı Steşa Malikova BRICS+ Fashion Summit-də çıxış edəcək.

Dergi.az xəbər verir ki, Steşa şəxsi bloqunda taksidən çəkdiyi fotonu paylaşaraq “Səhər tezdən “Zaryadye”yə BRICS+ Fashion Summit-ə gedirəm, Dress by Stesha haqqında danışacağam” sözlərini yazıb.

Steşanın bu tədbirdə çıxış etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun əldə etdiyi uğurlarda atasının məşhur soyadının rol oynadığını iddia ediblər.

Стеша Маликова

Qeyd edək ki, Steşa Malikova MGİMO-nun Beynəlxalq jurnalistika fakültəsini bitirib. O, daha əvvəl Moskva Dövlət Universiteti və MGİMO-da keçirdiyi mühazirələrə görə də sosial şəbəkələrdə tənqid olunub.

Malikova şəxsi bloqunda mütəmadi olaraq məşqlərdən və istirahətdən fotolar paylaşır. Bəzi izləyiciləri onun görünüşü ilə bağlı anoreksiya şübhələrini səsləndirsələr də, Steşa özünün sağlamlıq vəziyyətinin qaydasında olduğunu bildirib.

Sosial şəbəkələrdə səsləndirilən atasının soyadı ilə bağlı fikirlər isə istifadəçilərin şəxsi iddialarıdır