Dərgi.az xəbər verir ki, bu layihələr çərçivəsində mayın 23-də Bakıdakı Muzey Mərkəzinin dairəvi zalında “Təbiətin fırça izi” adlı rəsm sərgisi təşkil olunub.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı-İstanbul Liseyinin dəstəyi ilə keçirilən sərgi sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə 60-dan çox müxtəlif ölçü və texnikalarda hazırlanmış rəsm əsəri, eləcə də vitraj nümunələri nümayiş etdirilib.
Təbiətin gözəlliklərindən ilham alan şagirdlərin əsərləri onların daxili dünyasını və yaradıcılıq baxışlarını əks etdirib.
Sərginin təşkilatçısı, gənc rəssam və müəllim Reyhan Aslanovanın açılış nitqindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Xalq rəssamı, professor, Şöhrət ordenli Arif Hüseynov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.
Daha sonra Bakı-İstanbul Liseyinin direktoru Səmayə Turabxanlı çıxış edərək sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, sənətşünas Ziyarət Qəhrəmanova belə layihələrin uşaqların estetik zövqünün formalaşmasında və incəsənətə marağının artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Bakı-İstanbul Liseyinin təşkilati işlər üzrə direktor müavini Vüsalə Əliyeva da müəllim və şagird kollektivinə minnətdarlığını ifadə edib.
Sonda çıxış edən Reyhan Aslanova kiçik rəssamların təbiətin gözəlliklərindən ilham alaraq yaratdıqları əsərlərin təqdimatından məmnunluğunu ifadə edib, layihəyə dəstək göstərən Mədəniyyət Nazirliyinə, Muzey Mərkəzinə və Bakı-İstanbul Liseyinin rəhbərliyinə təşəkkürünü çatdırıb.
Tədbir şagirdlərin rəqs nömrələri ilə davam edib. Sərginin sonunda müəllimlər, şagirdlər və könüllülər sertifikatlarla təltif olunublar. Daha sonra “Təbiətin fırça izi” sərgisi ziyarətçilər üçün açıq elan edilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Şərhlər