Amerikalı müğənni Teylor Sviftin yeni mahnıları sosial mediada birmənalı qarşılanmayıb. Sənətçinin “The Life of a Showgirl: The Encore” albomuna daxil etdiyi dörd yeni mahnı bəzi pərəstişkarlarının sərt reaksiyasına səbəb olub.

Dergi.az xəbər verir ki, “Patient Zero”, “Cleveland!”, “Pink Clouding” və “Babylon” mahnıları ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib.

Bir sıra istifadəçilər yeni mahnıların Sviftin əvvəlki işlərindən fərqləndiyini və gözləntiləri doğrultmadığını yazıblar. TikTok istifadəçilərindən biri “Cleveland!” mahnısından hissə paylaşaraq, “Teylor, bəlkə musiqidən bir az fasilə verməlisən”, – deyə yazıb.

Digər istifadəçi isə mahnını “Sims oyununun musiqisinə” bənzədib.

Bununla yanaşı, Svift MTV Video Mükafatları mərasimində “Patient Zero” mahnısının klipini təqdim edib. Klipdə Dakota Conson, Kolin Farrell və Kara Delevin də rol alıb.

Müğənni “The Fate of Ophelia” klipi ilə “İlin videosu” mükafatına da layiq görülüb və mükafatını Dolli Partona həsr edib.