Amerikalı ssenarist Tom Fontana “The Devil’s Business” kitabı əsasında yeni Vatikan serialı üzərində işləyir.
Dergi.az xəbər verir ki, Fabel Entertainment Emanuele Midolonun “The Devil’s Business” kitabının hüquqlarını əldə edib. Kitabda amerikalı din xadimi, “Papanın mühafizəçisi” kimi tanınan arxiyepiskop Paul Marcinkusun həyatından bəhs olunur.
Serial 1980-ci illərdə baş verən hadisələri əhatə edəcək və Marcinkusun Vatikan maliyyəsinin rəhbərliyindəki dövrünü izləyəcək. Kitabda Marcinkusun böyük gücə sahib olduğu və müxtəlif qalmaqallarla əlaqəli olduğu bildirilir.
Fontana, “Bu hekayəni illərdir danışmaq istəyirdim” deyərək, Marcinkusun mürəkkəb xarakterini canlandırmaqdan məmnun olduğunu qeyd edib.
Fabel Entertainment və İtaliya mərkəzli Picomedia şirkətləri serialın istehsalı ilə məşğul olacaq.
