Türkiyəli aktrisa Türkan Şoray Tekirdağda keçirilən 1-ci Beynəlxalq Qastronomiya və Bağçılıq Festivalının fəxri qonağı olub.

Dergi.az xəbər verir ki, şəhərdə coşqu ilə qarşılanan usta sənətçi festival çərçivəsində təşkil edilən “Tekirdağ Sultan Sofrası” tədbirində iştirak edib. Türkan Şoray “Tekirdağın Üzümü” mahnısının müşayiəti ilə səhnədə rəqs edib və bu anlar tamaşaçılar tərəfindən uzun müddət alqışlanıb.

Aktrisa Tekirdağın mətbəxi və ləzzətləri haqqında yüksək fikirlər səsləndirib. O, şəhərlərin mədəniyyətini tanıtmaqda qastronomiya festivallarının önəmli rol oynadığını bildirib.

Türkan Şoray Tekirdağın məşhur köftəsi və peynir helvası kimi ləzzətlərinə də heyran qaldığını dilə gətirib.