Amerikalı aktrisa Vanessa Hudgens və kanadalı bloger Adelaine Morin Cadılar Bayramı münasibətilə cadugər obrazında görünüb.

Dergi.az xəbər verir ki, hər iki məşhur sosial media hesablarında paylaşdıqları fotolarla izləyicilərini heyran edib. Vanessa Hudgens qara cadugər kostyumu ilə diqqət çəkib.

Adelaine Morin isə özünəməxsus tərzi ilə fərqlənib. Onun rəngarəng aksesuarları və parlaq makiyajı izləyicilər tərəfindən bəyənilib.

Hər il olduğu kimi, bu il də məşhurlar Cadılar Bayramını fərqli obrazlarla qeyd edir.