Yaponiyanın TBS telekanalında və “Netflix” platformasında yayımlanan, ilk mövsümü 60 milyondan çox izləyici tərəfindən izlənilən “VIVANT” serialında Azərbaycana aid görüntülər yer alıb.
Dərgi.az xəbər verir ki, Tokiodan başlayan və müxtəlif ölkələrdə davam edən çəkilişlər Azərbaycanda da aparılıb. Ekran işinin bəzi səhnələri İçərişəhər və Şəkidə lentə alınıb.
Serialın yeni mövsümündə Azərbaycan aktyoru Şəhriyar Əbilov da rol alıb. O, ekran işində “Qafqaz agenti” obrazını canlandırıb.
Şəhriyar Əbilov serialdan görüntüləri sosial media hesabında paylaşıb.
Qeyd edək ki, “VIVANT” serialının ilk mövsümü yüksək izlənmə göstəriciləri ilə yadda qalıb və dünyanın müxtəlif ölkələrində geniş auditoriya qazanıb.
