Türkiyəli aktrisa və komediyaçı Yasemin Sakallıoğlu “Melis İşiten ilə Zaten Şov” proqramında maraqlı açıqlamalar verib.

Dergi.az xəbər verir ki, Sakallıoğlu, bəzi valideynlərin uşaqlarını paylaşmamağa üstünlük verməsini tənqid edib. O, “Bebeğini göstərməyənə qızıl taxmıram” deyərək, bu vəziyyətə olan narazılığını ifadə edib.

Aktrisa, “Görmədiyim bir şeyə qızıl taxmaram. 9 ay evdə papatya bəsləyirsən sanki. Tüm Türkiyə sənin uşağına nəzər edəcək, olmaz belə şey” sözlərini əlavə edib.

Sakallıoğlu, uşaqların gözəlliyini və onların reklam dünyasında necə istifadə edildiyini də vurğulayıb.