Məşhur türkiyəli komediya ustası Yasemin Sakallıoğlu, uşaq üzlərini gizlədən məşhurlara sərt şəkildə sitem edib.
Dergi.az xəbər verir ki, Sakallıoğlu sosial mediada uşaqlarının üzlərini çiçək, böcək və ya ürək emojiləri ilə gizlədən valideynləri tənqid edib. Komediya ustası “Doqquz ay evdə papatya mı bəsləyirsən?” deyə sual verərək bu davranışı ələ salıb.
Sakallıoğlu, “Tək sənin uşağın mı var? Bütün dünya nazarı sənin uşağına mı gəlir?” ifadələri ilə bu cür paylaşımların mənasız olduğunu vurğulayıb.
O, həmçinin “Görmədiyim bir şeyə qızıl taxmaram” deyərək, uşaqlarını gizlədənlərə heç bir dəstək verməyəcəyini bildirib.
Yasemin Sakallıoğlunun bu açıqlamaları sosial mediada geniş yayılıb və böyük dəstək qazanıb.
