Rusiyalı aktrisa Yelizaveta Boyarskaya məşhur valideynləri haqqında danışıb.
Dergi.az xəbər verir ki, Boyarskaya “Aktrisa sülalələri” adlı sənədli filmdə atasının və anasının məşhur olmasının onun karyerasına təsiri barədə fikirlərini bölüşüb. O, gənc yaşlarında məşhur aktyorların qızı olduğuna görə utandığını və hər şeyi öz gücü ilə əldə etmək istədiyini bildirib.
Aktrisa teatr təhsili aldığı dövrdə şəxsi həyatını və əyləncəni kənara qoyaraq yalnız dərslərinə fokuslandığını qeyd edib. Boyarskaya atasının istedadına heyran olduğunu və onun aktyorluq məktəbinin ənənələrinə sadiq qaldığını vurğulayıb.
Yelizaveta Boyarskaya Rusiya Dövlət Səhnə İncəsənətləri İnstitutunu bitirib və hazırda aktyor Maksim Matveyevlə ailəlidir. Onların iki oğlu var.
