Sankt-Peterburqdakı Faberge Muzeyində “Simfoniya 50. Çar nağılı” adlı tədbir keçirilib. Tədbir, zərgərlik evi “Rus nağılı”nın təsisçisi və rəssam Pyotr Aksyonovun 50 illik yubileyinə həsr olunub.

Dergi.az xəbər verir ki, tədbirə rus aktrisa Yelizaveta Boyarskaya, Viktoriya Şelyaqova, Yelena Letuçaya, Stanislav və Darya Lisiçenko, Yuliya və Artyom Akimov, Yuliya Matviyenko və digər tanınmış şəxslər qatılıb.

Pyotr Aksyonov qonaqlara özünün yaradıcılıq yolunu əks etdirən foto və zərgərlik məmulatlarının sərgisini təqdim edib.

Qeyd edək ki, Yelizaveta Boyarskayanın həyat yoldaşı Maksim Matveyev daha əvvəl öz zərgərlik brendi “Miks” haqqında sənədli filmin qapalı nümayişinə qatılıb.