Aktrisa Rumiyə Ağayeva teatr aktyorlarının qazancı və maddi vəziyyəti barədə danışıb.

Dergi.az xəbər verir ki, sənətçi müsahibəsində teatrın “Akademik” status almasından sonra maaşlarda artım olduğunu, lakin bunun həyat şəraitinə ciddi təsir etmədiyini bildirib.

“Teatra akademik status veriləndə ən böyük sevinclərimizdən biri maaşın 100 faiz artması oldu. 300 manat alırdıqsa, oldu 600 manat. Amma qiymətlər o qədər qalxdı ki, indi aldığım 1000 manat da vaxtilə aldığım həmin o 300 manatın dəyərindədir”, – deyə Ağayeva bildirib.

Aktrisa aktyorların əlavə gəlir əldə etmək üçün sosial mediada reklam çarxlarına çəkilməyə məcbur qaldığını da deyib.

“Aktyor başqa hardan pul qazansın? Bəs etmir, məcburuq sosial mediada reklam çəkək”, – deyə o vurğulayıb.